AZ

7,8 bal gücündə zəlzələ — sunami xəbərdarlığı verildi

Rusiyanın Kamçatka yarımadası açıqlarında 7,8 bal gücündə güclü zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, yeraltı təkanlar bölgədə ciddi hiss olunub və əhali arasında panikaya səbəb olub.

Hadisədən dərhal sonra sunami xəbərdarlığı edilib. Sahilboyu ərazilərdə təxliyə və təhlükəsizlik tədbirləri gücləndirilib.

Təkanların episentrinə yaxın bölgələrdə təxmini ziyan və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir.

***

Rusiyanın Geofizika Xidmətinin məlumatına görə, Kamçatka yarımadası sahillərində 7,2 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, yeraltı təkanlar bölgədə güclü hiss olunub və əhali arasında təşviş yaradıb.

ABŞ meteoroloqları hadisədən sonra tsunami təhlükəsi barədə xəbərdarlıq ediblər. Hazırda sahilboyu ərazilərdə təxliyə və təhlükəsizlik tədbirləri həyata keçirilir. 

 

Musavat.com

photo_2025-09-18_23-18-19.jpg

Seçilən
19
2
musavat.com

10Mənbələr