ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Ukraynada sülhün qorunmasına Rusiya ilə münaqişənin həllindən sonra yardım edə bilər.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"Müharibə həllini tapdıqdan sonra biz sülhün qorunmasına kömək edəcəyik", – Tramp bildirib.
Amerika lideri həmçinin qeyd edib ki, Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının təqdim olunması ilə dəstək verir.
"Uçuş dəstəyi barədə danışarkən mən münaqişənin nizamlanmasından sonrakı təhlükəsizlikdən bəhs edirdim", – deyə o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.