AZ

2026-cı il qrant müsabiqələrinə dair infosessiya başa çatıb




2025-ci il sentyabrın 18-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinə dair növbəti infosessiya keçirilib.

Newscenter.az xəbər verir ki, toplantıya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva və digər məsul şəxslər iştirak edib.

İnfosessiyada qrant müsabiqələrinə dair suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.

Bununla da, 2026-cı il qrant müsabiqələri barədə infosessiya başa çatıb.

Ümumilikdə, 2 gün davam infosessiyada 400-dək QHT-dən təmsilçilər iştirak edib.

Süleyman
Seçilən
0
3
newscenter.az

4Mənbələr