“Roma”nın hücumçusu Artem Dovbik karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90deqiqe.Az-ın "Radio Radio"ya istinadən məlumatına görə, ukraynalı forvardın xidmətində maraqlı olan klublar “Əl-Nəsr” və “Əl-İttihaad”dır.
Hər iki Səudiyyə klubu hücumçunu qış transfer pəncərəsində komandalarına qatmaq istəyir. Artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Müqavilə məbləği təxminən 28 milyon avro qiymətləndirilir. Qeyd olunur ki, “Roma” rəhbərliyi Dovbiki buraxmağa hazırdır.
Dovbik ötən ilin yayından İtaliya klubunda çıxış edir. Ukraynalı futbolçunun bütün turnirlərdə 47 oyunu, 17 qolu və 4 məhsuldar ötürməsi var. Transfermarkt portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.