AZ

Kamçatkada güclü zəlzələ -VİDEO

Kamçatkanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 kilometr şimal-şərqdə yerləşib . Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Kamçatka diyarının qubernatoru Vladimir Solodov öz Telegram kanalında yazıb ki, zəlzələdən sonra bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Yarımadanın şərq sahilləri üçün sunami təhlükəsi yaranıb və ictimaiyyətə xəbərdarlıq edilir.



Xəbər 7 dəfə oxunub.
Seçilən
16
8
xezernews.az

10Mənbələr