AZ

Zelenski 100 illik sazişə imza atdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Böyük Britaniya arasında imzalanmış “100 illik tərəfdaşlıq” sazişini ratifikasiya edən qanunu imzalayıb. Metbuat.az xəbər verir ki, Zelenski Böyük Britaniya kralı III Çarlza və ailəsinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. Zelenski qeyd edib ki, Ukrayna insanların həyatını və dəyərlərini qorumaq üçün mübarizə aparır və onlara ABŞ və Avropa müttəfiqləri dəstək verir. Zelenski Avropa qitəsində davamlı sülhə nail olmağa çalışdıqlarını və Böyük Britaniyanın azadlığın müdafiəsində liderlik nümayiş etdirdiyini bildirib.

Ukrayna və Böyük Britaniya arasında “100 illik tərəfdaşlıq” sazişinin imzalandığını xatırladan Zelenski, Ukrayna parlamentinin sazişi ratifikasiya edən qanun qəbul etdiyini bildirib.

Seçilən
4
1
metbuat.az

2Mənbələr