AZ

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba tapıldı

Berlinin mərkəzində - Mitte rayonu ərazisində aparılan tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalmış bomba aşkarlanıb.

"Unikal" “Bild” qəzetinə istinadla xəbər verir ki, bombanın tapıldığı yerin ətrafında 500 metrlik məsafədə müvəqqəti təhlükəsizlik zonası yaradılıb, çoxlu sayda qüvvə cəlb olunub. Hazırda bombanın çıxarılması əməliyyatı davam edir.

Bomba Şpre çayının üzərindəki su qapısının yanında, təxminən üç metr dərinlikdə aşkarlanıb. Partlayıcı maddələr üzrə mütəxəssislərin araşdırmasından sonra təhlükəsizlik zonasının və təxliyə işlərinin əhatə dairəsi müəyyən ediləcək.

Berlin polisi sakinlərin bir qismini artıq evakuasiya edib.

Seçilən
1
3
unikal.az

4Mənbələr