Sea Breeze

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Şurası idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə fövqəladə qurultay çağırmaq qərarı qəbul edib. Bu qərar təşkilatın strateji inkişafını dəstəkləmək və fəaliyyətlərin daha səmərəli icrasını təmin etmək üçün atılmış mühüm addım kimi qiymətləndirilir. Növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasına prezident qismində Emil Rəhimov rəhbərlik edəcək.

Redaksiya DAF-a istinadən xəbər verir ki, yeni İcraiyyə Komitəsinin tərkibinə Emil Rəhimov (prezident), Nuran Hüseynov (ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident), Tural Abasquliyev (elmi-tədqiqat və inkişaf üzrə vitse-prezident), Qüdrət Nuriyev (maliyyə departamentinin rəhbəri), Yunus Arabacı (texniki direktor), Həsən Çağlar (PR və marketinq departamentinin rəhbəri), Qabil Hüseynov (idman departamentinin rəhbəri), Rafiq Qasımov (hakimlər komitəsinin sədri), Bətül Altıntaş (intizam komitəsinin sədri), Mustafa Qasım Kazem (intizam departamentinin müavini), Marina Belyaeva (Ayça sistemi üzrə koordinator), Marijus Tumas (Batur sistemi üzrə koordinator), Serdar Aksu (Caymaz sistemi üzrə koordinator), Amanjol Tuberov (Gurşaq sistemi üzrə koordinator), Bülənt Böyük (Kaçut sistemi üzrə koordinator), Naim Belgin (Avropa qitəsi üzrə nümayəndə), Əbdül Qaffar Əbdülbari (Afrika qitəsi üzrə nümayəndə), Aziz Jurabayev (Asiya qitəsi üzrə nümayəndə), Dr. Saad Maan (ərəb ölkələri üzrə nümayəndə) və Ammar Əli Hüseyn (ərəb ölkələri üzrə müşavir) daxildir. Qərar İdarə Heyətinin üzvləri Vasif Namazov, Fərid Əlizadə, Emil Rəhimov, Tural Abasquliyev, Rafiq Qasımov, Qüdrət NuriyevQabil Hüseynov tərəfindən təsdiqlənib.

Qurultayın növbəti tarixinin yaxın günlərdə açıqlanacağı bildirilib. Dünya Alpaqut Federasiyasının əsas məqsədi Alpaqut idman növünü beynəlxalq müstəvidə inkişaf etdirmək, bu sahədə mövqeləri möhkəmləndirmək və müasir dövrdə onun nüfuzunu artırmaqdır.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX