BMT-nin İrana qarşı sanksiyaları ayın sonuna qədər yenidən tətbiq olunacaq.
"Report" xəbər verir ki, bu barədə "Channel 12" televiziyasına müsahibəsində Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
O bildirib ki, sanksiyaların yenidən tətbiq olunmasına səbəb rəsmi Tehranın Avropa dövlətləri ilə aparılan danışıqlarda ciddi davranmamasıdır.
Makrona "snapback" (tətbiq edilən sanksiyalara qayıdış) adlanan mexanizmin işə düşüb-düşməyəcəyi sual verildikdə, o cavab verib: "Bəli. Elə düşünürəm, çünki iranlılardan gələn son xəbərlər ciddi deyil".