Kamçatkanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 kilometr şimal-şərqdə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib.
Zəlzələdən sonra regionda fövqəladə vəziyyət elan edilib.