1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) tanınmış müğənni Mabel Matizə qarşı təhqiqatın başladılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib.
Oxu.Az bildirir ki, nazirlik bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, müğənniyə qarşı Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə ("əxlaqa zidd hərəkətlər yolu ilə törədilən cinayət") təhqiqatın başladılması tələb olunub.
Xatırladaq ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Mabel Matizin son zamanlar böyük marağa səbəb olan "Perperişan" mahnısının bloklanmasını tələb edib.
Nazirlik xüsusilə vurğulayıb ki, mahnının məzmunu ailə müəssisəsinə ziyan vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.
Nəticədə sözügedən mahnı "YouTube", "Spotify" və "Apple Music" kimi rəqəmsal platformalardan silinib.
Şarkıcı Mabel Matiz hakkında,
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) September 18, 2025
Türk Ceza Kanunu’nun 226’ncı maddesi kapsamında, İçişleri Bakanlığımızca İstanbul Cumhuriyet Başsavcılığına suç duyurusunda bulunulmuştur.