AZ

“Niyə tarixi filmlərə dəvət olunmuram?”

ain.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Niyə tarixi filmlərə dəvət olunmuram?”

Əməkdar artisti Hüsniyyə Mürvətova tarixi filmlərə dəvət almamaqdan gileylənib.

OLAY yazır ki, sənətçi bu barədə feysbukda status yazıb:

“Niyə tarixi filmlərdə demək olar ki, ancaq eyni simalardan istifadə olunur? Niyə? Niyə dəvət olunmuram? Görəsən, milli simam yoxdur? İstedadım yoxdur? Daxili gücüm yoxdur? Saçım qısadır, səsim yoxdur, gözlərimdə ifadə yoxdur???

Necə olur ki, başqa ölkədən məni məhz milli simama görə dəvət edirlər, amma öz ölkəmdə yox! Niyə bir dəfə də olsun bu filmlərin kastına dəvət olunmuram? (Söhbət tarixi filmlərdən gedir).

Bilirsiniz, adamı küsdürürsünüz! Mən Vətənimə, torpağıma, dövlətimə bağlı bir sənətkaram! Küsdürməyin... İllərimiz keçir. Hər dəfə film çəkiləndə düşünürəm: “Eybi yox, gələn filmdə dəvət olunaram”. Amma gözləyə-gözləyə illər keçir...

Nə isə... Bu fikirlərimi ərkyana, “uman yerdən küsərlər” misalı kimi qəbul edin. Sağ olun”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olay.az

2Mənbələr