AZ

"Donnarumma “Mançester Siti”də dərhal özünü göstərdi"

“Arsenal”ın qapıçısı David Raya komanda yoldaşı Canluici Donnarummanın “Mançester Siti”də debütünü yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper bu barədə jurnalistlərə açıqlama verib.

“O, ilk matçda elə oynadı ki, elə bil burada çox illərdir çıxış edir. Bu, qapıçının səviyyəsini, nə qədər yaxşı olduğunu və böyük təcrübəyə sahib olduğunu göstərir. O, dünyanın ən yaxşı qapıçılarından biridir.”

Qeyd edək ki, Donnarumma yay transfer pəncərəsində “PSJ”dən “Mançester Siti”yə keçib və 26 yaşlı italiyalı ilə beş illik müqavilə imzalanıb.

 

Seçilən
18
90deqiqe.az

1Mənbələr