“Sumqayıt”ın üzvü, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı əməliyyat olunub.
Arena.az bu barədə AFFA-nın və sözügedən klubun mətbuat xidmətlərinə istinadən xəbər verir.
Bildirilir ki, futbolçu bu gün Almaniyanın Münhen şəhərində əməliyyat edilib. 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilmiş oyunda zədələnmişdi. Gənc futbolçu 1:1 hesabıyla başa çatmış bu qarşılaşmanın fasiləsində əvəzlənmək məcburiyyətində qalmışdı. Komandamızın 41-ci dəqiqədə Emin Rüstəmovun qol sayəsində hesabı açdığı epizodda Ayxan məhsuldar ötürmə müəllifi olmuşdu.
