AZ

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi Fransada bir milyondan çox insan sərt qənaət tədbirlərinə qarşı etirazlara çıxıb.

Bizim.Media xəbər verir ki, ölkə üzrə “Hər şeyi blokla” kampaniyası çərçivəsində 250-dən çox aksiya keçirilib.

Etirazlara müəllimlər, dəmiryolu işçiləri, əczaçılar, tibb işçiləri və tələbələr qatılıb. Yeniyetmələr onlarla məktəbin fəaliyyətini iflic ediblər.
 

Etirazçılar sabiq baş nazir Fransua Bayrunun hökuməti tərəfindən qəbul edilmiş büdcə tədbirlərinin ləğvini, dövlət xidmətlərinə ayrılan vəsaitin artırılmasını və varlılara tətbiq olunan vergilərin yüksəldilməsini tələb edirlər.


Le Parisien yazır ki, toqquşmalar zamanı 181 nəfər saxlanılıb, onlardan 31-i Parisdə keçirilən aksiyanın iştirakçılarıdır.






Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr