AZ

Bu halda 3-cü dünya müharibəsi başlaya bilər



ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumunu təsadüf hesab etmədiyini, həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu bildirib. ”European Pravda" xəbər verir ki, bunu Kelloq Yalta Avropa Strategiyasının 21-ci İllik Toplantısında deyib. "19 dron sərhədi keçib – bu, təsadüf ola bilməz. Ola bilər bir hədəf səhv seçilsin, iki ola bilər, amma 19 yox", deyə Kelloq qeyd edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin məqsədli hərəkət edir, o, siqnal göndərir və cavab eşitmək istəyir. "Əgər biz tarixdən dərs çıxarmasaq, o zaman Üçüncü Dünya müharibəsinə doğru irəliləyəcəyik" deyə ABŞ rəsmisi bildirib. O, Rusiyanın müharibədə qalib gəlməyəcəyinə də əmindir. "Ukrayna bu müharibədə uduzmayacaq. Ukraynalıların Rusiya qarşısında mənəvi üstünlüyü var, bu, göz qabağındadır". Kelloqun açıqlamasından o aydın olur ki, Rusiya dronlarını Polşa ərazisinə məqsədli şəkildə göndərib. Bu isə 2 mühüm məsələ ilə bağlı ola bilər. Birincisi, Kreml NATO - nun daxilində parçalanma yaratmaq niyyətindədir. Uzun müddətdir ki, Şərqi Avropanın təhlükəsizliyi ciddi müzakirə mövzusudur. İddia edilir ki, NATO Şərqi Avropanın qorunmasında üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Buna görə də Fransa başda olmaqla bəzi Avropa ölkələri " qoca qitə " nin öz müstəqil ordusunun yaradılması fikrini dəstəkləyirlər. Bu isə ABŞ - nin Avropa üzərində hərbi təsirinin yox olması anlamına gəlir. Rusiya bununla ABŞ - Avropa hərbi ittifaqını dağılmasına nail olmaq istəyir. İkinci bir məsələ isə rəsmi Moskvanın bütün qərbi 3 - cü dünya müharibəsi ilə təhdid etməsidir. Məlum olduğu ki, Polşa NATO üzvü olduğu üçün ona qarşı müdaxilə hərbi alyansın 5 - ci maddəsinin tətbiqinə yol aça bilər. Rusiyanın niyyəti Avropada müharibə qorxusu yaradaraq diqqəti Ukraynadan kənarlaşdırmaq ola bilər. Çünki son zamanlar " qoca qitə " dən həm Rusiyaya qarşı sanksiyaların tətbiqi, həm də Ukraynaya silah dəstəyinin gücləndirilməsi istiqamətində fəal addımlar atır. Moskva bunun qarşısını almaq üçün müəyyən təzyiq metodlarından istifadə edə bilər. Kelloqun " Ukrayana müharibədə uduzmayacaq " fikri isə Rusiyaya mesajdır. Qərb Kremlə mesaj verir ki, heç bir təhdidə boyun etməyəcək və müharibədə Ukraynanın məğlub olmasına imkan verməyəcək.

Zeynal Əmrəliyev, politoloq
Seçilən
4
1
newscenter.az

2Mənbələr