Şair Əlisəmid Kür Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik xəstəxanasının Reanimasiya şöbəsinə köçürülüb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə şairin ailə üzvləri məlumat verib.
Bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 15-i Əlisəmid Kür səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.