“Real Madrid”in hücumçusu Vinisius Juniyor hələ də Səudiyyə Ərəbistanının əsas klublarının diqqət mərkəzindədir.
90deqiqe.Az xəbər verir ki, “Əl-Hilal” braziliyalı futbolçunun xidmətində maraqlıdır. Səudiyyə təmsilçisi Vinisius üçün təxminən 100 milyon avro xərcləməyə hazırdır.
Qeyd olunur ki, əvvəllər klub braziliyalı ulduz üçün bu məbləğin üç dəfə çoxunu ayırmağa hazır idi, lakin hazırkı vəziyyət dəyişib. Eyni zamanda, Vinisiusun ətrafı Çempionlar Liqasının “Marsel”lə ilk oyununda (2:1) start heyətinə düşməməsi səbəbindən narahatdır.
Vinisiusun Real Madrid ilə müqaviləsi 2027-ci ilədək qüvvədədir. Transfermarkt portalına görə, 25 yaşlı cinah oyunçusunun bazar dəyəri 170 milyon avro təşkil edir və dünya reytinqində 5-ci yerdədir.