AZ

Bakıda transa daş atanlar saxlanıldı, həbs edilən var

Paytaxtın Sabunçu rayonunda hərəkətdə olan avtomobildən piyadaya qarşı hüquqazidd hərəkətlərə yol verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Turkustan.az-ın məlumatına görə, tədbirlərlə hüquqazidd hərəkətlərə yol verən Ş.Rəhimov, R.Əzizov və avtomobili idarə edən şəxs O.Nəbizadə müəyyən edilərək saxlanılıblar.

Onlar barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

O.Nəbizadə barəsində isə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Müvafiq qərarla onun barəsində 15 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilib.

Qeyd edək ki, sosial mediada yayılan görüntülərdə adıçəkilən şəxslərin cinsi azlıqların nümayəndəsi olan trans qadına daş atmaları əks olunub. Onların bu hərəkətini əksəriyyət şiddətlə qınayıb. /Lent.az/

Seçilən
8
turkustan.az

1Mənbələr