AZ

"Yuventus" onu Premyer Liqa klubuna satmaqdan imtina edib

“Yuventus”un mərkəz müdafiəçisi Llоyd Kelli yay transfer pəncərəsində İngiltərənin “Sanderlend” klubuna keçidi baş tutmayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O avqust ayında “Yuventus”un İngiltərə klubunun 20 milyon avroluq təklifini rədd etdiyi üçün bu keçidin reallaşmadığını qeyd edib.

Həmçinin, Kelli özü Turin şəhərində qalmaq istəyib. Komandanın baş məşqçisi İqor Tudor da Kelliyə yüksək qiymət verdiyi üçün onu heyətdə saxlamaq istəmişdi.

Cari mövsümdə 26 yaşlı futbolçu bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 2 qol vurub. Kelli ilə “Yuventus” arasında olan müqavilə 2029-cu ilə qədər qüvvədədir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr