AZ

Səudiyyə Ərəbistanı və Pakistan tarixi saziş imzaladı

Səudiyyə Ərəbistanı və Pakistan tarixi təhlükəsizlik doktrinasını elan edib. Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şehbaz Şərif iki ölkə arasında strateji qarşılıqlı müdafiə sazişi imzalayıblar. Doktrinaya görə, bir tərəfə edilən hücum digər tərəfə hücum hesab olunur.

Məlumata görə, Körfəzin iki aparıcı ölkəsi olan neftlə zəngin Səudiyyə Ərəbistanı ilə nüvə gücü Pakistan arasında imzalanan saziş Körfəz və Cənubi Asiya təhlükəsizlik arxitekturasında yeni səhifə hesab edilir.

Seçilən
27
26
metbuat.az

10Mənbələr