AZ

"Barselona" PSJ ilə oyun üçün B planı hazırlayır

"Barselona" Çempionlar Liqası çərçivəsində PSJ ilə ev matçını "Kamp Nou"da keçirməyə bilər.

İdman.biz-in "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, klub stadionun təmirində gecikmələr olduğundan B planı hazırlayıb.

Kataloniyalılar sentyabrın 28-də "Real Sosyedad" ilə La Liqa matçı üçün stadiona qayıtmağa ümid edirlər, lakin tutum cəmi 27 000 tamaşaçı olacaq. PSJ ilə oyun üçün stadionun əsas 45 000 yerlik hissəsi bağlı qala bilər ki, bu da arenanı matç üçün yararsız edir. Artıq UEFA və Fransa klubuna mümkün təxirə salınma barədə məlumat verilib.

"Kamp Nou"nu modernləşdirən Espai Barca layihəsi növbəti gecikmələrlə üzləşib. Klub artıq əsas arenasında oynaya bilmədiyi üçün on milyonlarla avro gəlir itirib və matçları "Yohan Kroyff" stadionunda keçirməyə məcbur olub.

"Barselona"nın vitse-prezidenti Elena Fort etiraf edib ki, komandanın əfsanəvi stadiona qayıdışı qeyri-müəyyən olaraq qalır.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr