Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Zaqatala” doğma meydanda “Şəfa”ya 4 cavabsız qolla uduzub. Üç qolun qeydə alındığı “Difai” – “Səbail” matçı da “dənizçilər”in qələbəsiylə yekunlaşıb. “Şahdağ Qusar” isə “Baku Sportinq”ə məğlub olub.
2-ci tura sentyabrın 19-da keçiriləcək “Şimal” – MOİK oyunu ilə yekun vurulacaq.
Birinci Liqa
2-ci tur
17 sentyabr
“Cəbrayıl” – “Mingəçevir” 1:3
Qollar: Dileyn Açimi, 8 – Qurban Səfərov, 28. Abba Usman, 45+1. Samir Abdullayev, 83-pen.
Hakimlər: Əkbər Əhmədov, Qəzənfər Məmmədov, Mirnihat Seyidov, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
18 sentyabr
“Zaqatala” – “Şəfa” 0:4
Qollar: Kənan Müslümov, 11-öz qapısına. Emin Zamanov, 52-pen. Nahid Əliyev, 65. Amir Ebrahimzade, 86.
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Difai” – “Səbail” 1:2
Qollar: Hacıəli Şirəliyev, 68 – Zahir Mirzəzadə, 72. Kamran Quliyev, 90+6.
Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Elman Kərimov, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağsu şəhər stadionu, 16:00.
“Şahdağ Qusar” – “Baku Sportinq” 2:3
Qollar: Ruslan Voronsov, 45+1-pen. Famil Camalov, 65 – Xəlil Bəşirov, 6. Elvin Valiyev, 14; 33.
Hakimlər: Namiq Bəkirov, Zakir Şükürzadə, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
19 sentyabr
“Şimal” – MOİK
Hakimlər: Ruslan Quliyev, Vüqar Bayramov, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.