“Ağ çörəyin təhlükəsi yüksək glisemik indeksinə görə qan şəkərinin kəskin artmasına səbəb olmasıdır”.
Qaziler.az xəbər verir ki, bunu biyokimyaçı və nutrisioloq Anna Divinskaya NEWS.ru-ya bildirib. Onun sözlərinə görə, bu bişmiş məhsulun tərkibində az miqdarda lif və vitamin var və uzunmüddətli toxluq hissi yaratmır.
“Ağ çörək, taxıl qabıqlarından təmizlənmiş yüksək dərəcəli undan hazırlanır. Biokimyəvi olaraq bu, yüksək glisemik indeks deməkdir - təxminən 70-85 vahid. Sadə karbohidratlar sürətlə qlükozaya parçalanır və qan şəkərinin kəskin artmasına səbəb olur. Ağ çörəyin öz üstünlükləri var: o, asanlıqla həzm olunur, xoş dada malikdir və uzun müddət saxlanılır. Bununla belə, ağ çörəyin mənfi cəhətləri daha çoxdur: tərkibində lif, vitamin və minerallar azdır, yeməkdən sonra tez aclıq hissi yaradır”, - deyə Divinskaya bildirib.
Nutrisioloq vurğulayıb ki, çovdar və qara çörək kəpəkli undan hazırlandığı üçün onun glisemik indeksi daha aşağıdır – 50-65 vahid. Divinskayanın sözlərinə görə, taxılların kəpəyində olan lif karbohidratların udulmasını ləngidir, qlükoza səviyyəsinin daha sabit olmasını təmin edir. Həmçinin, bu çörəklər vitaminlərlə zəngindir və sağlam bağırsaq florasını qorumağa kömək edir.
QAZİLER.AZ