Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Premyer Liqada 100-cü oyununu keçirən Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.
Sportal.az xəbər verir ki, yubilyara 100 nömrəli formanı klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev təqdim ediblər. Qeyd edək ki, komandanın 26 yaşlı yarımmüdafiəçisinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə matçın gedişində meydana daxil olub.
Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.