ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.
BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 23-də – Baş Assambleyanın 80-ci sessiyasının "Yüksək Səviyyəli Həftə"sinin ilk günündə – Qəzza zolağındakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı iclaslar təşkil edəcək.
Moderator.az xəbər verir ki, bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, Qəzza üzrə brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər "Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi" adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər "Ukraynada sülh və təhlükəsizliyin təmin olunması" mövzusu üzrə baş tutacaq.
Hər iki tədbirdə ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.