ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiyadan Ukraynada atəşkəsə razılıq verməsini tələb etmək üçün uyğun vaxt deyil.
Editor.az xəbər verir ki, O, bu fikri Böyük Britaniyaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında səsləndirib.
“Görünür, hələ Putindən atəşkəs istəməyin vaxtı çatmayıb. Əgər mən bunu tələb etməli olsam, sərt tədbirlər görəcəyəm. Neftin qiymətlərini aşağı salmaq istiqamətində işləri davam etdirmək lazımdır”, — deyə Tramp qeyd edib.
Trampın sözləri yalnız bu gün mətbuat tərəfindən yayımlanıb. ABŞ lideri vurğulayıb ki, atəşkəslə bağlı qərarlar iqtisadi amillərlə də sıx bağlıdır.
//Samir Qurbanov, Editor.az