Özbəkistanda nüvə energetikasının inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər getdikcə fəallaşır. Bu prosesdə Uzatom Agentliyi və bir sıra ölkələrin aparıcı şirkətləri əməkdaşlıq perspektivlərini nəzərdən keçirir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Uzatom Agentliyinin direktoru Əzim Əhmədxocayev və Fransanın İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyi yanında nüvə məsələləri üzrə regional müşaviri Aleksandr Qorbaçov arasında bu sahədə əməkdaşlığa dair görüş olub.
Görüşdə tərəflər Fransa şirkətləri ilə əməkdaşlıq, agentlik tərəfindən layihələrin həyata keçirilməsi, Özbəkistanda nüvə energetikasının inkişaf perspektivlərini müzakirə ediblər.
Mehman Mehdiyev