Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin yenidən təşkili barədə qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstan Respublikası Konstitusiyasının 44-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, dövlət idarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə Tokayev sərəncam imzalayıb: pizza
“1. Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi innovasiya fəaliyyəti üzrə funksiya və səlahiyyətlərin Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə verilməsi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilərək yenidən təşkil edilsin.
2. Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi və Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi verilmiş funksiya və səlahiyyətlərə uyğun olaraq Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin hüquq və öhdəliklərinin hüquqi variləri kimi təyin edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”./Axar.az
Telegram kanalımız