“Mançester Yunayted” komandasının heyətini gücləndirmək üçün yeni transfer variantlarını nəzərdən keçirir.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, “qırmızı şeytanlar” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən yarımmüdafiəçi Ruben Neveşi transfer etməyi planladırır. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.
Mançester klubunda Neveşin Avropanı tərk etdikdən sonra belə yüksək səviyyədə oyun nümayiş etdirdiyi vurğulanır.
Ruben Neveş 2017-2023-cü illərdə İngiltərədə “Vulverhempton” klubunun formasını geyinib. Mötəbər Transfermarkt portalının mütəxəssisləri 28 yaşlı futbolçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, “Mançester Yunayted” cari mövsümə uğursuz start verib və hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.