AZ

Minifutbol komandalarımız Çempionlar Liqasında

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

Publika.az xəbər verir ki, ilk olaraq "Aznur" kollektivi meydançaya çıxıb.

Komanda qrup mərhələsinin II turunda əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" qrup mərhələsinin III turunda "Red Start Belgrade" (Serbiya) klubuna heç bir şans tanımayıb - 7:0.

Seçilən
4
publika.az

1Mənbələr