AZ

Kanada nəşrindən Zəngəzur dəhlizi ilə bağlı SENSASİON MƏQALƏ: TRİPP süni şəkildə yaradılıb?

Kanadanın “geopoliticalmonitor.com” saytında “The Zangezur Corridor: A Key Trade Link in the South Caucasus” (Zəngəzur dəhlizi: Cənubi Qafqazda əsas (açar) ticarət əlaqəsi) adlı məqalə təqdim edilib. Paulo Aguiarın qələmə aldığı son dərəcə irihəcmli məqalədə Zəngəzur dəhlizi ilə bağlı ən xırda təfərrüatlara qədər toxunulub.

Biz də bu məsələ ilə bağlı çox yazmışıq. Təqdim etdiyim məqalənin önəmi ondadır ki, məqalənin birbaşa adında “Zəngəzur dəhlizi” ifadəsi işlənir.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bunu Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, məqalədə birbaşa “Zəngəzur dəhlizi” ifadəsinin işlənilməsi Azərbaycan diplomatiyasının uğurudur:

“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) adı isə keçici bir şeydir. Niyə? Çünki süni şəkildə yaradılıb. Zəngəzur dəhlizi ifadəsi isə təbiidir, özündə tarixi gerçəkliyi yaşadır…

Yadınızdadırsa, Nikol Paşinyan Çində İlham Əliyevin “Zəngəzur dəhlizi” ifadəsi işlətməsinə etiraz etmişdi. Aydındır ki, Paşinyan daxil auditoriyaya görə belə demişdi. İstənilən halda, beynəlxalq səviyyədə bu marşrut Zəngəzur dəhlizi kimi tanınır…”

Seçilən
9
1
nocomment.az

2Mənbələr