AZ

İqlim dəyişikliyi bu yay 16 mindən çox insanın ölümünə səbəb olub

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqlim dəyişikliyi nəticəsində temperaturun artması bu yay Avropa şəhərlərində 16 500 nəfərin ölümünə səbəb olub. Bu, istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdə isə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü güman edilir. Avtosfer.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə britaniyalı alimlərin araşdırmasında qeyd olunub.

Araşdırma yalnız Avropa əhalisinin 30 faizini əhatə edən şəhərlərə aid olduğundan, nəticələr bütün qitə üzrə tam mənzərəni əks etdirmir. Buna baxmayaraq, tədqiqata əsasən, paytaxt şəhərləri arasında Cənubi Avropanın metropolları daha çox təsirə məruz qalıb. Uzunmüddətli istilər nəticəsində Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində 140 ölüm halı qeydə alınıb.

Qeyd olunub ki, istilər xüsusilə sürətlə qocalan Avropa əhalisi üçün daha böyük təhlükə yaradır. Yaşı 65-dən yuxarı olanlar bütün istidən ölüm hallarının təxminən 85 faizini təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
avtosfer.az

7Mənbələr