Şair Əlisəmid Kür Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik xəstəxanasının Reanimasiya şöbəsinə köçürülüb.
Bu barədə APA-ya şairin ailə üzvləri məlumat verib.
Bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 15-i Əlisəmid Kür səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.