Kömür qədimdən bəri həm təbii müalicə üsulları, həm də funksional əlavələr kimi istifadə olunan çoxşaxəli bir maddədir.
Müasir dövrdə isə xüsusilə aktivləşdirilmiş kömür istifadəsi sağlamlıq sahəsində geniş tətbiq tapır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, kömür dozası bədən çəkisinə əsasən hesablanır:
“Kömür tozu su, aloe vera və ya kokos yağı ilə qarışdırılaraq dəriyə sürtülür. Qaşıntı, səpki və sızanaq hallarında istifadə olunur. Tətbiqdən sonra 15 dəqiqə gözlənilir, sonra yuyulur.
Kömür tarix boyunca həm xalq təbabətində, həm də müasir tibbdə istifadə olunan ən təsirli təbii dərmanlar arasında yer alır. Sadəcə zəhərlənmə zamanı istifadə edilən bir vasitə olmaqla kifayətlənməyən bu maddə günümüzdə bağırsaq sağlamlığı, qaraciyər funksiyalarının dəstəklənməsi, dəri və ağız baxımı, eləcə də immun sisteminin gücləndirilməsi kimi bir çox sahədə tətbiq edilir.
Onu da deyim ki, kömür tableti sızanaqların müalicəsində və həşərat dişləməsi zamanı yaranan narahatçılığı aradan qaldırmaqda təsirli olur”.
Sevinc