Çempionlar Liqasının Liqa mərhələsində ilk turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın da rəqiblərindən olan "Kopenhagen" doğma meydanda "Bayer"lə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə bitib. Xatırladaq ki, Danimarka təmsilçisi növbəti matçını oktyabrın 1-i "Qarabağ"la səfərdə keçirəcək.
Günün daha bir matçı isə Belçikada keçirilib. Burada "Brügge" "Monako"nu qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dİgər qarşılaşmalar 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr
"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:1
Qollar: N.Tresoldi,32, R.Onyedika,39, H.Vanaken,43, M.Diakhon,75, - A.Fati,90+2
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen,Almaniya) 2:2
Qollar: J.Larsson,9, Robert,87, - A.Qrimaldo,82, P,Hadzidiakos,90+1(ö.q)
saytlarin hazirlanmasi