Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsində Belçikanın “Brügge” komandası ilə “Monako” arasında oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Belçikanın Brügge şəhərindəki “Yan Breydel” stadionunda baş tutab oyunda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.
Bundan əvvəl, 32-ci dəqiqədə “Brügge”nin digər hücumçusu Nikolo Trezoldi hesabı açıb. 39-cu dəqiqədə yarımmüdafiəçi Rafael Onyedika ev sahiblərinin üstünlüyünü artırıb. 43-cü dəqiqədə isə Belçika komandasının yarımmüdafiəçisi Hans Vanaken hesabı darmadağın səviyyəsinə çatdırıb.
75-ci dəqiqədə “Brügge”nin hücumçusu Mamadu Diaxon monakoluların qapısına dördüncü qolu vurub.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı çempionu Fransa təmsilçisi PSJ-dir. Ötən mövsümün finalında bu komanda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edib. Qollari Əşrəf Hakimi, Dezire Due (iki dəfə), Xviça Kvaratsxeliya və Senni Mayulu vurublar.