UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində növbəti qarşılaşmalar baş tutub.
APA xəbər verir ki, "Brügge" öz meydanında "Monako"nu qəbul edib. 90 dəqinin sonunda Belçika təmsilçisi fransalıları 4:0 hesbı ilə darmadağın edib.
Turun digər qarşılaşmasında "Kopenhagen" "Bayer Leverkuzen"ni qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.