Polşa bomba sığınacaqlarında kütləvi yoxlamalara başlayıb.
Qaziler.az bildirir ki, bu barədə “RMF 24” məlumat yayıb.
Sentyabrın 12-nə qədər müfəttişlər insanları qorumağa və müvəqqəti sığınacaq olmağa yararlı olan təxminən dörd min binaya baxış keçiriblər.
Milli təhlükəsizliyə artan çağırışlar fonunda Polşa təhlükəsizlik orqanları əhalinin müdafiəsi üçün səylərini gücləndirir. Nəşr qeyd edir ki, 2025-ci il sentyabrın 12-nə kimi təhlükəsizlik üçün məsul orqanlar mövcud binalarda təxminən 4 min yoxlamaya başlayıb.
Səlahiyyətlilər qoruyucu obyektlərin modernləşdirilməsi və tikintisi proqramına təxminən 5 milyard zloti ayırıblar. Bu vəsait həmçinin xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və ən həssas ərazilərdə yeni sığınacaqların tikintisi üçün istifadə olunacaq.
QAZİLER.AZ