Fransada 18 sentyabrda keçirilən kütləvi aksiyalar ölkəni siyasi və sosial böhrana sürükləyib.
Ümumilikdə bütün Fransa ərazisində 900 minədək insanın nümayiş keçirdiyi hesab edilir. Etirazların əsas səbəbi hökumətin uzun illərdir davam edən və xalq tərəfindən qəbul edilməyən büdcə layihəsidir. 18 sentyabr aksiyaları 10 sentyabrda keçirilmiş etirazların davamı kimi qiymətləndirilir. Fransa ərazisində 250-dən çox yerdə aksiyalar keçirilib.
Silsiləli şəkildə davam edən etiraz dalğası yalnız Fransa ərazisi ilə məhdudlaşmayıb. Aksiyalara Korsika, Mayot, Reyunyon, Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilər də qoşulub. Bu bölgələrdə keçirilən nümayişlərdə xüsusilə müstəmləkəçilik siyasətinə toxunularaq Paris hökumətinin ədalətsiz idarəçilik modeli tənqid olunub. Nümayişçilər eyni zamanda sosial-iqtisadi çətinliklərə, hökumətin uğursuz büdcə siyasətinə və müstəmləkəçi yanaşmaya qarşı çıxıblar. Dənizaşırı ərazilərə Fransa metropoliyasına nisbətən daha az büdcə vəsaiti ayrılması da bu aksiyaların əsas təkanverici səbəblərindən biri kimi qeyd edilir. Sözügedən bölgələrin əhalisi sosial-iqtisadi bərabərsizliyi və struktur problemləri qabardaraq etirazlarda fəal iştirak etmişdir.
Nümayişlər səbəbindən bir çox məktəb və iş yeri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Ölkə ərazisindəki magistral yollardan bəziləri isə etirazçılar tərəfindən bloklanıb.
Ekspertlər hesab edirlər ki, həm mərkəzdə, həm də Dənizaşırı ərazilərdə eyni vaxtda etirazların baş verməsi Fransanın müstəmləkəçi siyasətinin hələ də davam etdiyini və bunun ictimai narazılığı daha da gücləndirdiyini göstərir.




10Mənbələr
-
demokrat.azMüstəmləkəçi Fransa böhran içində FOTOLAR ( 21497032)
-
demokrat.azMüstəmləkəçi Fransa böhran içində — FOTOLAR ( 21497029)
-
musavat.comFransa böhranı qlobal miqyasda: küçə etirazlarından Afrikaya və Yaxın Şərqə uzanan təsirlər ( 21496357)
-
musavat.comMüstəmləkəçi Fransa böhran içində ( 21495553)
-
konkret.azAzərbaycan İran münasibətləri ilə bağlı MÜHÜM DETALLAR: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza belə təsir göstərəcək KONKRET ( 21250123)
-
konkret.azAzərbaycan-İran münasibətləri ilə bağlı MÜHÜM DETALLAR: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza belə təsir göstərəcək ( 21249976)
-
moderator.az“Biz dost və düşmənimizin kim olduğunu bilməliyik”- Politoloq ( 21233737)
-
ikisahil.azMakronun siyasəti Fransanı daxili və xarici böhrana sürükləyir ( 21177667)
-
moderator.azİsrail daha bir müharibəyə başladı: Yaxın Şərqin yeni Qəzzası Səna olacaqmı? ( 20817799)
-
525.azFransa yenidən siyasi böhran içində ( 20778088)