AZ

Telman İsmayılovun keçmiş mühafizəçisinə hökm oxundu

Moskva Qarnizonu Hərbi Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russoya sui-qəsddə və iş adamları olan Qurşumovların öldürülməsinə köməklik etməkdə təqsirləndirilən Tərxan Eldukayevi - Telman İsmayılovun keçmiş mühafizəçisini 14,5 il müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Məhkəmə Tərxan Eldukayevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib, cinayət işini Rusiya Cinayət Məcəlləsinin 102-ci maddəsinə tövsif edib, eləcə də Qurşumovun 2,5 milyon rublluq mülki iddiasını qismən təmin edib", - agentliyin mənbəsi bildirib.

Prokuror Eldukayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Ruslan Zakalyujnı bildirib ki, Eldukayevin cəzası həddindən artıq sərt və ədalətsizdir və qərardan apellyasiya şikayəti veriləcək. O, müdafiə etdiyi şəxsin Russoya qarşı irəli sürülən ittihamlardan tam bəraət aldığını, Russonun iddiasının isə rədd edildiyini bildirib.

Seçilən
6
5
azreform.info

6Mənbələr