AZ

“Leyli və Məcnun” yeni quruluşda - FOTO

Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub. Opera Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanıb.

Operaya Əməkdar artist Əyyub Quliyev dirijorluq edib.

Səhnə əsərində əsas partiyaları - Leyli rolunda Əməkdar artist Arzu Əliyeva, Məcnun rolunda Xəyal Hüseynov ifa ediblər.

Digər obrazlarda isə Taleh Yahyayev, Aytən Məhərrəmova, Mütəllim Dəmirov, Afaq Ağayeva, Fuad Əzizzadə, Əməkdar artist Cahangir Qurbanov, Məhəbbət Səfərov, Pərviz Verdiyev və başqaları çıxış ediblər.

Quruluşçu rejissor Nicat Kazımov, dekorasiyalar üzrə rəssam Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Sevil Hacıyeva, xoreoqraf Yury Lobaçev və solo tarda Elxan Mansurov iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər keçirilir.

Seçilən
1
3
hafta.az

4Mənbələr