AZ

Erik Kantona İsrail komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb etdi

“Mançester Yunayted” və Fransa millisinin sabiq futbolçusu Erik Kantona FIFA və UEFA-dan Rusiya komandalarının beynəlxalq arenadan bloklanması ilə müqayisə edərək İsrail milli və klub komandalarını da beynəlxalq yarışlardan kənarlaşdırmağı tələb edib.  

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə Londonda keçirilən “Birlikdə Fələstin üçün” xeyriyyə tədbirində bildirib:

“FIFA və UEFA Rusiyanı Ukraynada münaqişə başladıqdan dörd gün sonra kənarlaşdırdı. İndi Amnesty International bunu genosid adlandırır, 716 gün keçib, amma İsrail hələ də iştirak edir. Niyə ikili standartlar mövcuddur? FIFA və UEFA İsraili kənarlaşdırmalıdır. Dünyadakı klublar və oyunçular İsrail komandaları ilə oynamaqdan imtina etməlidir.”

Qeyd edək ki, bütün Rusiya komandaları, o cümlədən milli komandalar, Ukrayna hadisələri səbəbindən FIFA və UEFA tərəfindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb. İsrail millisi isə hələ də beynəlxalq səviyyədə çıxış edir və 2026 Dünya Çempionatı seçmə mərhələsində iştirak edir.

Seçilən
11
90deqiqe.az

1Mənbələr