Moskva Yaponiyanın sanksiyalarına cavabsız qalmayacaq və adekvat tədbirlər görəcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Yaponiyanın dostyana olmayan addımları cavabsız qalmayacaq, lakin Rusiyanın cavabı düşünülmüş və milli maraqlara əsaslanan olacaq.