"Qarabağ" Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.
Hakimiyyet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Köhlən-atlar" 29 yaşlı hücumçunu yenidən sıralarına cəlb edib. Futbolçu Ağdam təmsilçisində 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, R.Şeydayev son olaraq "Neftçi"də çıxış edib. O, daha əvvəl 2017/2018 mövsümündə və 2021-ci ildən 2023-cü ilə qədər "Qarabağ"ın uğurları üçün çalışıb.