
“Liverpul”un hücumçusu Mohamed Salah unikal rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OptaJoe” sosial şəbəkə hesabında məlumat yayılıb.
Belə ki, o, Avropanın ən nüfuzlu yarışmasında matçın ilk 6 dəqiqəsində İngiltərə komandasına qol vuran və məhsuldar ötürmə verən tarixdə ilk oyunçu kimi Çempionlar Liqasında rekord qırıb.