AZ

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir“

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan sülh gündəmini irəlilətməyə və Avropa İttifaqı ilə tərəfdaşlığımızı gücləndirməyə sadiq qalır.

Moderator.az xəbər bunu Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşünə dair "X" hesabında paylaşım edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yazıb.

O qeyd edib ki, görüşdə enerji təhlükəsizliyi, nəqliyyat, bərpa olunan enerji mənbələri, iqlim və regional sülh təşəbbüsləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
moderator.az

5Mənbələr