Yunanıstanın "Panathinaikos" klubu Rui Vitoria ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, klubun bu post üçün əsas hədəfi Fernandu Santuşdur. Yunanıstan təmsilçisi mütəxəssisin agenti ilə əlaqədə saxlayıb.
Portuqaliyalı mütəxəssis 2002/2003 mövsümündə "Panathinaikos"u çalışdırıb.
70 yaşlı mütəxəssis son olaraq Azərbaycan milli komandasını çalışdırıb və 2023/2024 mövsümündə Beşiktaşda fəaliyyət göstərib. Klubun qərarı yaxın həftələrdə açıqlanacağı gözlənilir.