AZ

Tramp yenə Ermənistanı Albaniya ilə səhv saldı

ABŞ prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən yenə ikincini Albaniya adlandırıb.

Teleqraf xəbər verir ki, ABŞ lideri Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib:

"Biz, məsələn, Azərbaycan və Albaniya arasında nizamlanmanı təmin etdik. Münaqişə uzun illərdir ki, davam edirdi".

ABŞ prezidenti sentyabrın 12-də "Fox News"a müsahibəsində də eyni səhvə yol verib.

Avqustun 8-də Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda üçtərəfli görüş keçiriblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma haqqında bəyannamənin qəbul edildiyi açıqlanıb.
Seçilən
26
2
sherg.az

3Mənbələr