AZ

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen vəzifəsini tərk edir

BMT-nin Suriya üzrə Baş Katibinin xüsusi nümayəndəsi Qeyr Pedersen 6,5 illik fəaliyyətindən sonra vəzifəsini tərk edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin nümayəndəsi Stefan Dujarrik brifinq zamanı məlumat verib.

“O, şəxsi səbəblərdən istefa vermək qərarını Təhlükəsizlik Şurasına çatdırıb”, – deyə Dujarrik əlavə edib.

Bununla yanaşı, BMT nümayəndəsi istefanın dəqiq tarixinin hələ müəyyən edilmədiyini qeyd edib.

Seçilən
4
nocomment.az

1Mənbələr